Landşaft dizaynı
Qədim zamanlardan bağlar ətraf mühitin bitkilər ilə gözəlləşdirilmə ən-ənəsinə çevrilmişdir. Bağların xüsusi məşhurluğu Şərq hökmdarlarının dövründə olmuşdur, buna Semiramidanın asma bağları nümunədir. Sonra bağçılıq incəsənət kimi hər yerə yayıldı. Uzun müddət əsas rol utilitarlıq bağçılığında idi (meyvələrin istifadəsi və meyvə ağaclarını seleksiyası). Daha sonra əsas diqqət dekorativ çiçəklərə keçdi. Müasir landşaft dizaynında nə meyvə ağacları, nə də güllər geniş yayılmayıb. Landşaft dizaynı XX əsrin anlayışıdır. Termin Qərbi Avropada, ilk növbədə sıx əhaliləri olan və sənaye baxımından inkişaf olmuş ölkələrdə, Böyük Britaniya və Almaniyada, yaranıb. Bu ölkələrdə kütləvi sənayeləşdirmə və şəhərətrafı qəsəbələrin inkişafı ətraf mühitə böyük təzyiq etdi. Landşaft dizaynı incəsənətdir; bağ-park bitkilərinin savadlı və qüsursuz təşkili, qazonlar, yaşıllaşdırma, abadlıq üzrə incəsənət və fəaliyyətidir. Əsas məqsədi kənd təsərrüfatı olan bağçılıq və bostançılığdan fərqli olaraq, landşaft dizaynı daha ümumi və universaldır. Bizim mütəxəssilərin əsas məqsədi sadəcə harmoniya və gözəlliyin yaradılması deyil, onların binaların infrastrukturunun rahat istifadəsi ilə uyğunlaşdıraraq qurulmasıdır.