Deyirlər ki, toy olacaq...

         Uzaq keçmişlərdən toy həyatın ən mühüm hadisəsi olub. Elə o vaxtlardan hər xalqın bu gün ilə bağlı öz adəti, ənənəsi, qaydası var. Azərbaycanda toy günündən bir necə gün əvvəl kəbinkəsdirmə olardı. Kəbini molla kəsirdi. Bu mərasimdə hər iki tərəf iştirak edirdi. Hər tərəfdən 1 nəfər şahid olardı. Mollaya 3 manat pul, bir kəllə qənd pay verərmişlər...

         Vaxt gedir, həyat tərzi dəyişir, adət-ənənələrimizdən kəbinkəsdirmə mərasimi kimi qorunub-saxlanılanı, amma yaddan çıxanları da var.. Lakin nə dəyişsədə, toyun hər kəsin həyatında ən əziz və gözlənilən gün kimi olması dəyişilməz olaraq qalır. 

        Toy gününü gülsüz təsəvvür etmək mümkün deyil. Bizim mütəxəssis floristlərimiz unikal gəlinlik gül dəstələri yaradır və bu günün keçiriləcək məkanını məhz xəyallarınızda təsəvvür etdiyiniz kimi bəzəyirlər.